Sonuncu devalvasiyadan sonra marketlərdə qiyməti artmayan məhsul barmaqla sayılacaq qədər azdır. Market işlədənlər isə qiymətin ərzağı dükana gətirən firmalar tərəfindən qaldırıldığını bildirir. Maraqlısı budur ki, yerli məhsullar da ən az idxal məhsulları qədər bahalaşıb. Bu isə süni bahalaşmanı gündəmə gətirir. Üstəlik bəzi firmalar məhsul satışını dayandırıb.
Manatın devalivasiyasından sonra əsasən xaricdən idxal olunan məhsullarda qiymət artımı gözlənilsə də yerli məhsullarda da bahalaşma müşahidə olunur. Özü də qiymət artımı faiz etibarı ilə idxal məhsullarından heç də fərqlənmir. Apardığımız müşahidlər deməyə əsas verir ki, ərzaq məhsulları başda olmaqla demək olar ki, bütün mallarda qiymət artımı var.
Baş verən qiymət artım marketlərdə işləyənlər tərəfindəndə təsdiqlənir. Onlar bunu dükanlara mal gətirən firmaların qiyməti artırması ilə əlaqələndirirlər.
Üstəlik bir çox ərzaq istehsalı firmaları dükanlara mal verməyi dayandırıb. Nəticədə süni qıtlıq yaradılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB