Neft ucuzlaşır

Dünya bazarlarında isə neftin qiyməti ucuzlaşmaqda davam edir. SİA-nın əldə etdiyi məlumata görə, "Brent" markalı neftin qiyməti yenidən ucuzlaşaraq 31,55 dollara düşüb. "Texas" markalı neftin qiyməti də ucuzlaşmaqda davam edir. Belə ki, "Texas" (WTI) markalı neftin bir barelinin qiyməti 31,33 dollara düşüb.

"AzəriLayt" markalı neft isə 1.79 dollar ucuzlaşıb. Bir barelin qiyməti 34,00 dollar təşkil edib.

Qızılın qiymətində isə ucuzlaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qiymətli metalın 1 qramı 35,23 dollardır. Ötən gün isə 35,55 dollar olub. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.44 dollar müəyyənləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə