"Səudiyyə Ərəbistanı Saudi Arabian Oil Co. (ARAMCO) dövlət neft şirkətinin səhmlərinin birjaya çıxarılmasını (İPO – İnitial Public Offer. İlkin kütləvi təklif) planlaşdırır. Bu barədə qərar yaxın aylar ərzində qəbul oluna bilər. Şahzadə Məhəmməd bin Salman bu barədə The Economist verdiyi müsahibəsində bildirib. Hal-hazırda ARAMCO dünya neft hasilatının və istehsalının 10%-nə nəzarət edir". Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.
Onun sözlərinə görə, ARAMCO-nun səhmlərinin neçə faizinin satılması haqqında hələ məlumat yoxdur, lakin bu baş verərsə, ARAMCO dünya birjalarında listinqdə olan şirkətlər arasında ilk üçlüyə daxil olaraq, hətta birinci yerdə olan Apple şirkətini də üstəliyə bilər: "Saudi Arabian Oil Co. - Səudiyyə Ərəbistanda neft hasilatı ilə məşqul olan yeganə şirkətdir. Son məlumatlara əsasən şirkət dünyada neft ehtiyyatlarına görə ikinci yerə sahibdir. Şirkətin 261 milyard barel ehtiyyatlarının dollar ekvivalenti 319 milyard dollara bərabərdir. Ehtiyyatlarına görə ARAMCO Exxon Mobil kimi neft nəhəngini 10 dəfə üstələyir".
O əlavə edib ki, ilkin konservativ hesablamalara görə şirkətin dəyəri 2.5 trilyon dollar ola bilər: "Onu da qeyd etmək lazımdır ki, neft bazarlarındakı mövcud situasiya rentabillik nöqteyi nəzərindən o qədər də məqbul deyil. Lakin krallığın neqativ maliyyə perspektivləri bu addımı şərtləndirir. Ölkənin valyuta ehtiyyatları qorxuducu sürət ilə azalmağa davam edir. Bin Salman ARAMCO şirkətinin birjaya çıxmasını Marqaret Tetçerin islahatları ilə müqayisə edir və hazırkı vəziyyətdə investorların ehtiyyatlı olmalarına baxmayaraq çox optimistik mövqedədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB