“İnnovasiya üzərində qurulmuş sahibkarlıq inkişaf etdirilməlidir” TƏKLİF
"Neftin ucuzlaşması dünyada maliyyə borcunun artması və böyük iqtisadiyyatların zəifləməsi Azərbaycan üçün həm böyük risklər, həm də imkanlar yaradır". Bu fikirləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
Onun sözlərinə görə, 2008-ci il qlobal maliyyə böhranindan sonra dünya iqtisadi çətin dövr yaşamaqdadır: "O zamanki böhran 2014-cü ildə neftin qiymətinin ucuzlaşması ilə əvəzləndi. Dünyanın bir çox ölkələri bu böhranlara öz maliyyə vahidinin məzənnəsinin zəiflədilməsi ilə cavab verdi. Bu isə qeyd edilən dövr ərzində dünyada 37 trilyonadək ümumi borc deməkdir. Belə olan halda, dünya iqtisadiyyatında külli miqdarda dəyəri çox aşağı olan maliyyə vəsaiti yaranır".
Ekspert bildirib ki, belə vəziyyət Çin kimi böyük ixrac və ticarət qabiliyyətinə malik ölkələrin iqtisadiyyatına və ixrac potensialına böyük zərbə vurur: "Çin mərkəzi bankı yuanın məzənnəsini aşağı saldı ancaq bunun dünya iqtisadiyyatına birbaşa zərəri cüzi olacaq. Paradoksal olsa da Çin iqtisadiyyatında xarici yatırımlar kifayət qədər deyil və cəmi 2 % payla təmsil olunur. Ancaq Çin dünya bazarında ən iri iqtisadi oyunçulardandır və onun zəifləməsi daha geniş ticari-iqtisadi layihələrə ciddi zərbə endirə bilər".
Azərbaycanın yaranmış vəziyyətdən minimum itki ilə çıxması üçün ekspert bəzi təkliflər də verib: "Belə olan halda Azərbaycan innovasiya üzərində qurulmuş sahibkarlığın inkişafına diqqət yetirməlidir. Bu zaman ölkənin güclü (forte) sayılan sahələrində yetişmiş nisbətən gənc və intellektual qabiliyyəti yüksək sahibkarlar üçün yol açılmış olur. Eyni zamanda buraya ənənəvi energetika sahəsində və sonradan özlərini alternative enerji, elektrik mühəndisliyi və texniki-mexaniki sənaye sahələrində uğurlu göstərə bilən iş adamları-mütəxəssislər də aid edilə bilər. Bunu etmək üçün Azərbaycan dövlətində siyasi iradə və lazımi insane resursları var".
"Təbii ki, bununla yanaşı Azərbaycan öz nəqliyyat, kənd təsərrüfatı, turizm sahələrində innovasiya, effektivlik və azxərclilik prinsipini rəhbər tutmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB