Həftəsonu valutadəyişmə məntəqələri fəaliyyət göstərməyəcək AÇIQLAMA

Vüqar Bayramov: "Növbəti 2 gündə dollara olan tələbin ödənilməsi üçün Mərkəzi Bank auksionda daha böyük məbləğdə dollara satmalıdır"
Həftəsonu valutadəyişmə məntəqələri fəaliyyət göstərməyəcək AÇIQLAMA

"Dolların manata məzənnəsi 1.85-dək yüksəlib. Problem yalnız dolların artan məzənnəsində deyil, eyni zamanda valyuta dəyişmə məntəqələrində xarici valyutanın yumşaq desək, "yoxa çıxmasındadır". Banklar və valyutadəyişmə məntəqələri artan tələbi qarşılamaq imkanına malik deyil". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Ekspert Mərkəzi Bankın kommersiya banklarına xarici valyuta məzənnələrini müstəqil şəkildə müəyyənləşdirmək hüququ verəndə bununla manatın ucuzlaşmasına start verildiyinin məlum olduğunu bildirib. O, bugünkü məzənnənin ikinci devalvasiyadan keçən qısa müddətdə manatın dollara nisbətən 20 faizə yaxın dəyər itirməsi demək olduğunu qeyd edərək bildirib ki, üzən məzənnə rejiminə keçən manat sadəcə dəyər itirməkdədir: "Reallıq bundan ibarətdir ki, Mərkəzi Bankın dekabrın 21-də manatın kursunu kəskin, 50 faiz aşağı salmaqla əslində dollar ajiotajı yaratdı. Kursu bir gündə yarıbayarı aşağı salmaq bütün hallarda milli valyutaya inamın itməsinə səbəb olmaqla dollara tələbi kəskin artırmalı idi və bu da baş verdi. Belə görsənir ki, Mərkəzi Bank ikinci devalvasiya ilə dollara tələbi artırmaqla dollarlaşma prosesini sürətləndirmək və xarici valyuta ehtiyatlarına qənaət etməyə çalışıb. Bununla, Mərkəzi Bank az dollar ilə çox manat alır. Yəni, əvvəllər baş bank bazara 1 milyon dollar çıxaranda dövriyyədən 1 milyon 50 min manat çıxarırdısa, indi hər milyon dollarda 700 min daha çox manatı bazardan götürür. Bu isə o deməkdir ki, Mərkəzi Bank üçün manata inamın bərpa edilməsi prioritet deyil. İndiki məqamda əsas hədəf dollarlaşmanı mümkün qədər daha qısa zamanda başa çatdırmaq və əks-dollarzasiya prosesinə nail olmaqla valyuta ehtiyatlarını qorumaqdır. Həftə sonunda bir sıra valutadəyişmə məntəqələrinin fəaliyyət göstərməyəcəyini və dollar qıtlığının yaranacağını öncədən proqnozlaşdırmaq olar. Növbəti 2 gündə dollara olan tələbin ödənilməsi üçün Mərkəzi Bank auksionda daha böyük məbləğdə dollar satmalıdır. Əks halda Mərkəzi Bankın istirahət etdiyi növbəti 2 gündə kommersiya bankları və valyutadəyişmə məntəqələri dollar satmaq deyil, almaq haqqında düşünəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə