Fikrət Yusifov: "Mərkəzi Bankın atdığı addım çox önəmlidir”

Fikrət Yusifov: "Mərkəzi Bankın atdığı addım çox önəmlidir”

"Mərkəzi Bankın atdığı addım çox önəmlidir". SİA-nın məlumatına görə, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov Mərkəzi Bankın qəbul etdiyi qərara münasibət bildirib: "Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti yeni "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları"nı qəbul edib. Əsas yeniliklərdən biri 500 dollardan artıq əməliyyat aparmaq üçün şəxsiyyət vəsiqəsinin tələb edilməsidir.

Keçən ilin fevral və dekabr aylarının 21-də - 10 aylıq fasilə ilə manatın kəskin devalvasiyası dünya bazarlarında neftin qiymətlərinin aşağı düşməsi ilə nə qədər bağlı olsa da bu prosesdə yaranmış vəziyyətdən sui-istifadə halları da kifayət qədər rol oynaya bildi. Bu baxımdan Mərkəzi Bankın atdığı addım çox önəmlidir. İndi valyutadəyişmə məntəqələri vasitəsilə spikulyativ valyuta əməliyyatlarını həyata keçirmək bir o qədər də asan olmayacaq. Hesab edirəm ki, Mərkəzi Bank bu addımı keçən ilin fevral ayında baş vermiş devalvasiyadan sonra atsaydı bu daha yaxşı olardı. Qara bazarın maksimum məhdudlaşdırılması məqsədilə müvafiq qanunvericilikdə qanunsuz valyuta əməliyyatlarına görə cəzaları daha da sərtləşdirmək gərəkdir. Valyuta dəyişmə məntəqələrində belə təcrübə qonşu Rusiyada və başqa ölkələrdə artıq illərlədir mövcuddur".

Bütün xəbərlər Facebook səhifəmizdə