BTC kəməri ilə 28,8 mln. tondan artıq Azərbaycan nefti nəql olunub

BTC kəməri ilə 28,8 mln. tondan artıq Azərbaycan nefti nəql olunub

2015-ci ilin dekabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 461 min 645 ton Azərbaycan nefti nəql olunub. SOCAr-dan SİA-ya verilən xəbərə görə, ötən ilin yanvar-dekabr aylarında bu kəmərlə 28 milyon 835 min 543 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il yanvar ayının 1-ə qədər BTC-yə 292 milyon 675 min 389 ton neft vurulub.

Bundan başqa, 2015-ci ilin dekabr ayında BTC kəməri ilə 316 min 340 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub. Ümumiyyətlə, 2015-ci il ərzində BTC kəməri ilə nəql olunub Qazaxıstan və Türkmənistan neftinin həcmi 23 milyon 683 min 545 ton təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə