İş adamları İndoneziyaya dəvət olunurlar

İş adamları İndoneziyaya dəvət olunurlar

Bu il mayın 15-də İndoneziyanın paytaxtı Cakarta şəhərində innovasiya sərgisi keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) SİA-ya bildiriblər ki, sərgi İslam İnkişaf Bankının Müdirlər Şurasının 41-ci İllik Toplantısı çərçivəsində təşkil olunacaq. Mayın 19-dək davam edəcək sərgi səhiyyə, təhsil, gənclərin potensialının artırılması və onları işlə təmin edilməsi sahələrinə aid innovasiya layihələrinə həsr olunacaq.

İnnovasiya sərgisində iştirak etməkdə maraqlı olan sahibkarlar yanvarın 14-dək AZPROMO-ya müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə