Ötən ilin avqust ayında dövlət başçısının sərəncamı ilə süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya müəyyən edilib. Məqsəd daha sağlam buzovlar almaqla, gələcəkdə ət və südlə təminatı yaxşılaşdırmaqdır. Nazirlər Kabineti subsidiyaların verilməsi qaydalarını artıq təsdiq edib. Yəni fermerlər bu ildən etibarən subsidiyalarını ala bilərlər.
Süni mayalanma yolu ilə alınan hər baş buzova görə 100 manat məbləğində subsidiyanın verilməsi qaydası təsdiq edilib.Yeni qaydalara əsasən, buzov doğulan kimi ilk növbədə heyvanı mayalandırmış mütəxəssisə məlumat verilməlidir.
Məlumat elektron sistemə daxil edildikdən sonra ərazi üzrə kənd təsərrüfatı idarələrinin komissiyaları təqdim edilmiş məlumatların doğruluğunu yoxlayır və daha sonra informasiyalar ardıcıl olaraq kənd təsərrüfatı və maliyyə nazirliklərinə təqdim edilir.
Şəffaflığı təmin etmək üçün subsidiyaların nağd şəkildə verilməsi qadağandır.
Qeyd edək ki, süni mayalandırmaya görə xidmət haqqı mütəxəssis və heyvan sahibi arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir. Toxumun qiyməti nəzərə alınmaqla məbləğ orta hesabla 15-30 manat arasında dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB