Neftin dəyəri ən aşağı həddə enib

Neftin dəyəri ən aşağı həddə enib

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,43 dollar və ya 1,2% azalaraq 1 barelə görə 35,54 dollar təşkil edib. SİA-nın məlumatına görə, ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,45 dollar və ya 3,90% azalaraq 35,77 dollar olub. Beləliklə, Brent markalı neftin dəyəri 2004-cü ildən etibarən ən aşağı həddə düşüb.

ABŞ-ın UBS bankın proqnozuna əsasən, Brent neftinin dəyəri 30 dollardan aşağı enəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə