2015-ci ilin dekabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 6686 metr qazma işi həyata keçirilib. SOCAR-dan SİA-ya verilən xəbərə görə, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub. Ümumiyyətlə, 2015-ci ilin yanvar-dekabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 104411 metr qazma işi görülüb ki, bunun da 103411 metri istismara, qalanı isə kəşfiyyata aid olub.
Qeyd edək ki, dekabr ayı ərzində qazmadan alınan 10, 2015-ci il ərzində isə 73 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB