Beynəlxalq mebel sərgisi keçiriləcək

Beynəlxalq mebel sərgisi keçiriləcək

Türkiyədə yanvarın 12-17-də ən böyük və mühümlüyünə görə dünyada üçüncü sayılan İstanbul Mebel Sərgisi (İSMOB) keçiriləcək. SİA-nın Azpromo-ya istinadən verdiyi xəbərə görə, təşkil edilən 12-ci mebel sərgisi TÜYAP Sərgi və Konqres Mərkəzində keçiriləcək.

Sözügedən sərgidə Türkiyənin mebel sektorunda fəaliyyət göstərən və 200 ölkəyə məhsul ixrac edən şirkətlərin məhsulları nümayiş olunacaq.

Azərbaycan şirkətləri və iş adamları da bu tədbirə dəvətlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə