Ekspert: "2016-cı ildə Çində sistemli böhran başlaya bilər" AÇIQLAMA
"Çində son 40 il ərzində böhranların indikatoru olan dollar likvidliyinin olmaması narahatçılıq doğurur və qarşıdan gələn böhran mesajını göndərir. Bu cür defisit 1970-ci illərdə neft bazarının çökməsini, 1980-ci illərdə Latın Amerika ölkələrində borc böhranının yaranmasını, 1997-ci ildə Asiyada valyuta bazarının çökməsini və 2008-ci ildə dünya böhranını müşaiyət edirdi. Bu barədə Bocom International Holdings Co-nun Çin üzrə baş strateqi Xao Xun bildirir. Cənab Xun ölkəsində fond bazarının qalxmasını və düşməsini proqnozlaşdırmış azsaylı iqtisadçılardandır. Federal Ehtiyyatlar Sisteminin uçot dərəcələrinin qaldırılması, ABŞ-ın ticarət balansının sağlamlaşması və dolların güclənməsi kimi faktorlar növbəti ildə Çində fəaliyyətində borc vəsaitlərinin çoxluğunu təşkil etdiyi iqdisadiyyat sektorlarına güclü təzyiq göstərəcək". Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.
Onun sözlərinə görə, yaxın keçmişə nəzər salınsa onu müşahidə etmək olar ki, ABŞ dollarının güclənməsi və ticarət balansının sağlamlaşması ölkənin birində böhran ilə yekunlaşır: "Dollar likvidliyinin defisiti böyük ehtimal ilə Honkonqun daşınmaz əmlak, on-layn kreditləşməyə və yüksək gəlirli korporativ istiqrazlar seqmentinə təsir edəcək. Uzun illər ərzində Çin yuanı Asiyada ən gəlirli valyuta hesab edilirdi. Son illərdə investorlar yuanın möhkəm valyuta qalacağına çox inanırdılar. Təkçə 2011-2013-cü illərdə yuan dollara nisbətdə 13% artıb. Lakin yalnız 2015-ci ildə dollarla nisbətdə onun dəyəri 4.2% düşüb. Son 3 il ərzində xarici valyutada borclanmağa üstünlük verən Çin şirkətləri isə öhdəliklərini vaxtından əvvəl yerinə yetirməyə çalışırlar və bu məqsədlə ABŞ dolları almağa istiqamətləniblər ki, itkilərini siğortalaya bilsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB