"Manatın devalvasiyasından sonra süni qiymət artımının qarşısını almaq üçün Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə tədbirlər görür. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
H. Əsədov bildirib ki, Nazirlik gələcəkdə kənd təsərrüfatı yarmarkalarının sayını artıracaq: "Yarmarkaların sayını artırmaqla məhsulların dolayı yolla deyil, birbaşa bazara çıxışını təmin etməyə çalışacağıq. Bununla da kimsə yaranmış vəziyyətdən istifadə edərək, süni qiymət artımına yol verə bilməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB