Kənd təsərrüfatı sahəsində subsidiyaların verilməsi ilə bağlı şəffaflığı təmin etmək üçün bu vaxta qədər Nazirlər Kabineti tərəfindən 31 qərar qəbul edilib, parlamentdə 6 qanun təsdiqlənib, dövlət başçısı tərəfindən 9 fərman imzalanıb. SİA-nın xəbərinə görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
Nazir qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin bütün rayonlardakı inzibati binaları artıq tikilib: "52 rayonda inzibati bina tikilib və gələn ilin ilk rübündə təhvil veriləcək. Elmi tədqiqatların keyfiyyətinin artırılması məqsədi ilə bütün institutlar birləşdirilərək 8 universitet yaradılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB