Dolların bahalaşmasından sonra ərzaq məhsullarındakı süni bahalaşma unda və çörəyin qiymətində də özünü göstərdi. Belə ki, unun qiyməti ən az 7 manat, çörəyin qiyməti isə 10 qəpik bahalaşıb. Bazarlarda unun qiyməti qaldırılıb. 50 kiloqramlıq un kisələrində qiymət fərqi ən az 7 manatdır.
10 kiloqramlıq unun qiyməti isə əvvəl 4 manat 30 qəpik təşkil edirdisə, indi 5,80 qəpikdir. Satıcılar deyirlər ki, qiymətlərin istehsalçılar tərəfindən qaldırılıdğını deyir.
Kənd Təsərrüfatı Nazirliyini şöbə müdiri İmran Cümşüdov deyir ki, yerli istehsal hesabına kifayət qədər taxıl ehtiyatı var. Taxıl ehtiyatının yalnız 20%-i idxal hesabınadır. Şöbə müdiri bildirib ki, taxıl məhsulları xarici ölkələrdən yay aylarında gətirilib. Bu səbəbdən undakı qiymət artımının heç bir iqtisadi əsası yoxdur və sünidir.
Bəzi supermarketlər isə çörəyin qiymətini qaldırıb. Əvvəl 40 qəpiyə satılan "Nur" firmasına məxsus çörək indi 50 qəpiyədir. "Nur" çörək zavodunda isə qiymətlərin dəyişdirilmədiyi və indi də marketlərə 33-35 qəpiyə verildiyi bildirilib. Yəni qiymət market tərəfindən suni olaraq artırılıb.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən bildirildi ki, süni qiymət artımı ilə bağlı monitorinqlərə başlanılıb. Monitorinqlər həm Bakı, həm də respubliklanın bütün regionlarını əhatə edir və mütəmadi olaraq davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB