Ekspert: “Pepsi və Cola” Rusiya bazarını itirir” AÇIQLAMA

Ekspert: “Pepsi və Cola” Rusiya bazarını itirir” AÇIQLAMA

"Dekabrın 22-də ABŞ administrasiyası Rusiyaya qarşı məhdudlaşdırıcı ölçülərin davam etdirilməsini qərara aldı. Bundan əlavə sanksiyalar altına düşən şirkətlərin sayı xeyli miqdarda artdı". Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.

Onun sözlərinə görə, buna cavab olaraq Rusiya Dumasının üzvləri əks tədbir olaraq ABŞ-ın şirkətlərinə qarşı cavab ölçülərin götürülməsinə dair təşəbbüslə çıxış etdilər: "Belə ki, "o qədər də faydalı olmayan "Pepsi" və "Coca-Cola" içkilərinin satışının məhdudlaşdırılmasına dair" təklif iqtisadi siyasət komissiyası sədrinin müavini Mixail Yemelyanov tərəfindən səsləndirilib. Bundan əlavə qara siyahıya "MasterCard" və "Visa" bank kartlarının salınması da təklif olundu. Lakin eyni zamanda da qeyd olundu ki, bu cür məhdudlaşdırıcı ölçülərin götürülməsi yalnız milli ödəniş sistemlərinin təkmilləşdirilməsi və rusiyanın milli kartlarının tədbiq olunmasından sonra etmək mümkün olacaq. Parlamentarilər düşünürlər ki, ABŞ-ın sanksiyalarına qarşı cavab olaraq simmetrik deyil təsirli ola biləcək addımlar atmaq lazımdır".

O əlavə edib ki, uzun müddətdir ərzində təklif olunan "Pepsi" və "CocaCola"ya qarşı aksiz tariflərinin qaldırılması məsələsi yenidən aktual oldu: "Rusiyalı siyasətçilərin fikrincə bu cür addımlar ekstravaqant görünsə də, təsirli olacaq. 150 milyon nəfərlik bazar itkisi bu şirkətlər üçün həssas ola bilər. Cavab sanksiyaların təsirinə digər ABŞ şirkətlərin cəlb olunması da təklif olundu. Hədəf olaraq amerika istehsalı helikopterlər və "Boeing" şirkəti oldu. Bundan öncə Vladimir Putinin mətbuat katibi Dmitriy Peskov açıqlama vermişdir ki, ölkə başçısı və hökümət qısa zaman ərzində cavab ölçüləri alacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə