Azərbaycan-Çin əməkdaşlığı genişlənir

Azərbaycan-Çin əməkdaşlığı genişlənir

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə Prezident İlham Əliyevin Çin Xalq Respublikasına (ÇXR) səfərinin yekunlarına həsr olunmuş "Azərbaycan-Çin siyasi əməkdaşlığının yeni mərhələsi" mövzusunda elmi seminar keçirilib.

ADU-dan bildirilib ki, tədbirdə Çin dili və mədəniyyəti mərkəzinin müdiri, professor Rafiq Abbasov dövlətimizin başçısının ÇXR-ə son səfəri haqqında məlumat verərək iki ölkə arasında mövcud dostluq və çoxtərəfli əlaqələrin inkişafından, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsinin tarixi əhəmiyyətindən danışıb.

Tarix elmləri doktoru Nurulla Əliyev "Uzaq Şərqin müasir geosiyasətinin xüsusiyyətləri" mövzusunda çıxış edib.

Sonra ÇXR-in Azərbaycandakı səfirliyinin müşaviri Yuy Xunçi sənaye, nəqliyyat və logistika sahəsində Azərbaycan-Çin əməkdaşlıq perspektivlərindən danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə