"Bazarda baş verən dəyişiklikləri təhlil edirik" RƏSMİ AÇIQLAMA

"Bazarda baş verən dəyişiklikləri təhlil edirik" RƏSMİ AÇIQLAMA

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bununla əlaqədar Dövlət Xidməti istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə, qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə