"Milli valyutamız dollar və avro qarşısında dəyər itirməkdə davam edəcək". Bu fikirləri SİA-ya açıqlamasında kredit sahəsi üzrə ekspert Habil Əsədov deyib.
Onun sözlərinə görə, Azərbaycan "üzən məzənnə" rejiminə keçdiyi üçün məzənnə valyuta bazarında tələb-təklif əsasında, heç bir müdaxilə olmadan formalaşır: "Mərkəzi Bank yalnız fövqəladə hallarda valyuta bazarına müdaxilə edə biləcək. Artıq ölkəmizin milli valyutası olan manat Mərkəzi Bank tərəfindən sərbəst buraxılıb. Bu isə o deməkdir ki, manat bundan sonra sabit olmayacaq. Hər gün məzənnə dəyişəcək. Milli valyutamız dollar və avro qarşısında dəyər itirməkdə davam edəcək".
Ekspert bildirib ki, ölkəmizdə dollarla krediti olan vətəndaşlarımız heç də az deyil: "Onlar bu kreditlərini nə qədər tez müddətə bağlasalar o qədər yaxşı olar. Məsələn, mənim 5000 dollar kredit borcum var. Azərbaycan manatının sonuncu dəfə dollar qarşısında 50%-ə qədər dəyər itirməsindən sonra borcum 7500 manat olur. Belə olan halda bank təklif edir ki, müddəti artıraq. Müddət artanda isə 7500 manata illik faiz hesablanacaq. Yəni əgər 12 aylıq idisə indi olacaq 24 aylıq. Müddət iki dəfə artdığına görə faizlər də iki dəfə artır. Növbəti devalivasiya olacağı təqdirdə bank yenə müddəti artırmağı təklif edəcək və eyni proses bir daha təkrarlanacaq. Belə olan halda isə vətəndaş kredit borcunu çətin ki bağlaya bilsin. Hər dəfə vaxt artırılacaq və vətəndaş ömür boyu kredit ödəməli olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB