Payızlıq bitkilərin əkin sahəsi 5,7 faiz artıb

Payızlıq bitkilərin əkin sahəsi 5,7 faiz artıb

Təsərrüfatlarda 2016-cı ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini davam edir. Cari il dekabr ayının 1-i vəziyyətinə 867,9 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, səpilmiş sahənin 98,2 faizini və yaxud 852385 hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 535206 hektarı buğda, 317150 hektarı arpa, 29 hektarı isə çovdar əkinlərinin payına düşür.
2014-cü ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin əkin sahəsi 5,7 faiz, o cümlədən buğdanın əkin sahəsi 6,4 faiz, arpanın əkin sahəsi 4,4 faiz, çovdarın əkin sahəsi isə 2,6 dəfə artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə