Millət vəkili: "Pay torpaqlarından düzgün istifadə edilmir"

Millət vəkili: "Pay torpaqlarından düzgün istifadə edilmir"

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, müzakirələr zamanı çıxış edən Milli Məclisin deputatı Siyavuş Novruzov deyib ki, Azərbaycanda kimə pay torpağı verilibsə, o, həmin torpaqda ev tikib və digərlərinə problem yaradıb. Onun sözlərinə görə, insanlar onlara verilmiş pay torpaqlarından düzgün istifadə etmirlər: "Həmin torpaqda binalar tikildiyindən digər payçılar torpağını suvara bilmir. Bir sıra yaşlı insanlar, orta məktəbdə işləyən müəllimlər pay torpaqlarından istifadə edə bilmədiyi üçün ucuz qiymətə icarəyə verirlər".

Millət vəkili bildirib ki, koorperasiyaların yaranması bu problemləri həll edəcək, həmin insanların gəlirlərinin artmasına səbəb olacaq: "Bəziləri elə başa düşür ki, kolxoz, sovxoz geri qayıdır. Amma belə deyil. Qərb ölkələrində də bu tip kooperasiyalar var".

Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə