Benzinin qiyməti düşəcək? Açıqlama

Benzinin qiyməti düşəcək? Açıqlama

"Neft qiymətlərinin düşməsi Azərbaycanda benzin qiymətlərinə təsir etməyəcək". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Federal Ehtiyat Sisteminin (FED) uçot faizini 0.25% qədər artırmasının neft qiymətlərinə olan təsirindən danışarkən deyib.

O bildirib ki, bu qərar müəyyən qədər neft qiymətlərinə təsir edəcək, hətta nəinki neft, qızıl qiymətləri belə düşəcək: "Bu qərar ümumilikdə dünya bazarında xammalın ucuzlaşması ilə nəticələnəcək. Həm neft, həm də qızıl ucuzlaşacaq".

Neft qiymətlərinin düşməsinin benzin qiymətlərinə nə dərəcədə təsir edəcəyinə toxunan İlham Şaban qeyd edib ki, Azərbaycan dünya bazarından asılı olmadığına görə neft qiymətlərinin düşməsi benzin qiymətlərinə təsir etməyəcək: "Neftin ucuzlaşması ilə Azərbaycan da valyuta itkisi ilə üzləşir. Buna görə də əgər biz daxili bazarda neft məhsullarının qiymətini aşağı salsaq bu birbaşa olaraq büdcəmizə təsir edəcək və büdcəmiz bu itkiyə ümumiyyətlə dözməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə