İqtisadçı: “Peyk əvvəlcədən problemin qarşısını ala bilər” AÇIQLAMA
"İlk öncə qeyd etmək istərdim ki, fövqəladə hallar bütün neft şirkətlərində baş verir. Amma bu halların insan tələfatına gətirib çıxarılmaması üçün risk amilləri daimi olaraq nəzərə alınmalıdır". Bunu SİA-ya iqtisadçı Nicat Hacızadə deyib.
Onun sözlərinə görə, dünyada fəaliyyət göstərən neft şirkətləri təhlükəsizlik və müasir infrastruktura milyardlarla pullar xərcləyir: "Çünki, həmin şirkətlər üçün mənfəətdən öncə insan amilidr. Bildiyim qədəri ilə platforma Sovet dövründən bu tərəfə ciddi şəkildə müasirləşdirilməyib. Bütün bunların qarşısı almaq üçün infrastruktur platformada dünya standartlarına ən azından BP standartlarına çatdırılmalıdır, platforma ilə qərargah arasında birbaşa əlaqə üçün müasir və qırılmaz rabitə təkmilləşdirilməlidir, təhlükəsizlik şirkətləri ilə müqavilə bağlanmalı və ən son müasir avadanlıqlar quraşdırılmalıdır. "Azərspace"in bu tip hallarda müdaxiləsi vacibdir. Bizim peykimiz var və bu peyk əvvəlcədən müəyyən problemin qarşısını ala bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB