Ötən gündən başlayaraq "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə yanğın baş verib. SİA-nın SOCAR-ın "Facebook" səhifəsinə istinadən verdiyi xəbərə görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev bu gün səhər saatlarında hadisə yerində olub.
Hazırda yanğın davam edir.
Xatırladaq ki, ötən gün baş verən güclü tufan saat 17:40 radələrində "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib. İlk növbədə özüldəki işçilərin təxliyə olunması istiqamətində tədbirlərə başlanılıb və 42 nəfər işçi yanğın baş verən ərazidən təxliyə olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB