Bakdıa III Regional Forum keçirilib YENİLƏNİB

Bakdıa III Regional Forum keçirilib YENİLƏNİB

Bakıda "İnformasiya-kommunikasiya texnologiyalarının regional inkişafı üçün mühitin yaradılması" mövzusunda İnternet İdarəçilik üzrə III Regional Forum (RİGFAZ-2015) keçirilib. SİA-nın məlumatına görə, forum Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və "ADA" Universiteti ilə birgə təşkil olunub. Regional İnternet İdarəçilik Forumu 2012-ci ildə Bakıda təşkil edilmiş 7-ci İnternet İdarəçilik Forumu ərəfəsində yaranmış və hər il qeyd edilməkdədir. Tədbir BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamentinin (UNDESA), BMT-nin İnternet İdarəçilik Forumu üzrə Cenevrə Katibliyinin dəstəyilə keçirilir.

Tədbirin məqsədi İKT sahəsi üzrə iştirakçılar və beynəlxalq mütəxəssislər arasında birgə əməkdaşlığın və təcrübə mübadiləsinin gücləndirilməsidir.

Forumun açılış mərasimində xarici işlər nazirinin müavini, "ADA" Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Ramin Quluzadə, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMTİP-nin rezident nümayəndəsi Antonius Bruk, BMT-nin iqtisadi və sosial məsələlər üzrə departamentinin (UNDESA) İdarəetmə və İctimai Administrasiya üzrə Baş mütəxəssisi Vyaçeslav Çerkasov iştirak ediblər.

"ADA" Universitetinin rəsmisi Muhammsdou Kah bildirib ki, dünya rəqəmsal bilik üzərində olacaqdır: "Məhz bunun vasitəsilə rəqəmsal İCT regionu qabağa aparacaq. Biz yüksək keyfiyyətli tələbə və müəllimlərdən istifadə edərək yüksək keyfiyyətli tələbələr yetişdirilməliyik".

"ADA" Universitetinin rektoru, səfir Hafiz Paşayev bildirib ki, forumun ADA-da keçirilməsi əlamətdar hadisədir və forum tələbələrin bu sahəyə marağını artıracaq: "Bizim üzərimizə diplomatiya möhürü vurulub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "ADA" Diplomatik Akademiyasının adı Universitet ilə əvəzləndi. Bu isə bizə imkan verdi ki, daha çox ixtisas yetişdirək".

Qeyd edək ki, iki gün davam edəcək Forumun işində 250-300 nəfər iştirak edəcək. Tədbir çərçivəsində "Təhsilin texnologiyalar vasitəsilə transformasiyası", Məxfilik və İnnovasiya üçün Kiber Təhlükəsizlik – Regional Kiber Təhlükəsizlik Alyansları Təşəbbüsləri", "İnformatika təhsili -2019 ərəfəsində çağırışlar" və s. mövzularda müzakirələr aparılacaq

Bütün xəbərlər Facebook səhifəmizdə