"Son zamanlar neft bazarının oyunçuları və treyderləri prinsipial əhəmiyyətli suala cavab tapmağa çalışırlar. Əmtəə qiymətləri minimal göstəricələrə yaxınlaşa bildi və ya bunu 2016-ci ildə gözləmək lazımdır? Ötən həftənin cümə günü WTI nefti üzrə fyuçerslər bir barelə görə 40.70, brent sortu üzrə isə 44.50 ABŞ dollarına təklif olunurdu. 18 ay bundan öncə isə 2014-cü ilin iyununda neftin bir barelini 100 ABŞ dollardan yüksək qiymətə almaq mümkün idi". Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.
Onun sözlərinə görə, son il yarım müddətinə qara qızıl dəyərinin 60 faizini itirib və göründüyü kimi "ayı" trendin sona çatmasına ümid etmək hələ də tezdir: "Hazırda aşağı qiymətlər ssenarisinin reallaşacağına gətirə biləcək 4 əsas risk özünü biruzə verir. Birincisi, tələb təklif faktoru riskidir. ABŞ-da slans neftinin hasilatının və istehsalının artımı və OPEC təşkilatının üzvlərinin gündəlik hasilat kvotalarının azalmamasına dair qərarıdır. Son statistikaya əsasən gün ərzində OPEC üzvləri 31.6 milyon barel neft hasil edirlər. Gündəlik kvota isə 30 milyon barel təşkil edir. Burada aparıcı qüvvə Səudiyyə Ərəbistanı hesab olunur ki, bu ölkənin niyyəti bazar mövqeyini itirməmək prinsipi əsasında qurulub. Bu prinsipə əsasən Səudiyyə Ərəbistanı aşağı qiymətlə də olsa belə öz hasılatını azaltmamaq strategiyası üzərində qurub.
İkincisi, İran faktoru riskidir. 2016-cı ilin əvvəlində İran üzərindən beynəlxalq sanksiyalar aradan qaldırılacaq və həmin ilin ortalarına Tehran neft hasilatını iki dəfə artıraraq gündəlik həcmi 2.3 milyon barelədək artırmağa planlaşdırır.
Üçüncüsü, iqdisadi artımım azalması və bununla əlaqədar sentiment faktoru riskidir. Neftin qiymətinin enməsinə səbəb ola biləcək dünya iqtisadiyyatının zəifləməsi həyacanının daimi mövcudluğu və bazarda tələbin təklifi üstələməsi tendensiyasının uzun müddət qalacağı faktorudur. Bununla yanaşı Çin iqtisadiyyatının zəifləməsi neft və neft-kimya məhsullarına olan tələbin azalmasına səbəb olur. Məlum səbəblərə görə Çin hökuməti 2015-ci ilin sonunda minimal iqtisadi artım barədə bəyanat verməli olacaqlar. 2015-ci ilin üçüncü rübündə Çin iqtisadiyyatı planlaşdırılmış 7% deyil, 6.9% artım nümayiş etdirdi. Əsas kapitala olan investisiyalar eyni səviyyədə qalmaqdadır. Təkcə sentyabr ayında Çinin gündəlik neftə olan təlabatı 225000 barrel azalıb. Çin ABŞ-dan sonra dünyada ikinci neft istehlakçısıdır. Neft istehlakının azalması isə iqtisadiyyatın bir çox seqmentlərində enmə tendensiyasının göstəricisidir".
O əlavə edib ki, dördüncüsü, dollar faktoru riskidir: "ABŞ-ın Federal rezerv sistemi uçot dərəcəsini artıracağından və pul-kredit siyasətini sərtləşdirəcəyindən sonra, ABŞ dollarının güclənəcəyi və neftin qiymətinə təsirinin artacağı proqnozlaşdırılır. 2015-ci ilin dekabrında baş verə biləcək bu dəyişikliklər ona dəlalət edə bilər ki, hələ uzun müddət neftin qiyməti aşağı diapazonda qala bilər.
İqtisadi spektrda olan və yuxarıda sadalanan fundamental siqnallar neftin qiymətinin 2016-cı ildə tədricən enməsinə və qiymət olaraq bir barel üçün 25-35 ABŞ dolları diapazonuna gətirə biləcək risklərdəndir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB