Komitə sədrinin qəbul vaxtı dəyişdi

Komitə sədrinin qəbul vaxtı dəyişdi

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun dekabrın 25-də Neftçala rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Komitədən SİA-ya verilən məlumata görə, vətəndaş qəbulu dekabrın 11-də keçiriləcək.

Məlumata görə, qəbulda Neftçala, Şirvan, Hacıqabul, Salyan, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da şəhərdə yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək, görüşdə yalnız Komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin [email protected] elektron ünvanına yaza, Komitənin Aparatının (012) 490 24 08 (daxili 105 və 349) və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi ilə əlaqə saxlaya bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə