“Rusiya Türkiyə ilə ticarət müharibəsini başlamayacaq” Ekspert

“Rusiya Türkiyə ilə ticarət müharibəsini başlamayacaq” Ekspert

"23 noyabr tarixində Türkiyə Rusiyanın hərbi təyyarəsini vurduqdan sonra söz müharibəsinə start verildi. Rusiya prezidenti Vladimir Putin bu insidenti terrorçuların havadarları tərəfindən "arxadan vurulan bıçaq zərbəsi" adlandırdı. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan isə noyabrın 25 Putinin sözlərini CNN kanalına verdiyi müsahibədə "böyük səhv" adlandırdı. Rusiya məmurları Türkiyəyə qarşı cavab olaraq iqtisadi sanksiyalar tədbiqi üzərində işləməyə başladılar". Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.

Onun sözlərinə görə, ticarət müharibəsi hər iki tərəfə çox baha başa gələcək: "Bunun 4 əsas səbəbi vardır. Birincisi, Rusiyanın çox dostu yoxdur. Beynəlxalq arenada Rusiyanın biznes partnyorlarının sayı məhduddur. Güvənə biləcəyi partnyorlardan biri də məhz Türkiyə idi. Türkiyə isə Rusiyaya qarşı Avropanın və ABŞ-ın Ukraynadakı konfliktə görə sanksiyalarına qoşulmadı. NATO üzvü olan Türkiyə 2020-ci ilə qədər Rusiya ilə ticarət dövriyyəsini 100 milyard ABŞ dolları həcminədək artırmağı planlaşdırırdı. İki ölkə arasında eskalasiya bu münasibətlərə ciddi xələl gətirə bilər.

İkincisi, strateji energetik əlaqədir. Cəmi bir il öncə iki ölkə mühüm energetik sazişlərə imza atdılar. Onların arasında ən vacib sayıla biləcək - "Türkiyə layihəsi" - Rusiya qazının Türkiyəyə və daha sonra Avropa bazarına nəql olunması üçün yeni qaz borusunun tikilməsi layihəsidir. Bu layihə ötən il dondurulan "Cənub axını" layihəsini əvəzləməli idi. Almaniyadan sonra Türkiyə Rusiya qazının ikinci ən iri alıcısıdır. Rusiya Türkiyədə, ölkənin cənub sahilində yerləşən Mərsin şəhərində ilk "Akkuyu" nüvə elektrik stansiyasını inşa etməli idi. Tikinti işlərinə apreldə start verildi və başa çatması 2020-ci ildə planlaşdırılırdı. Əldə olunmuş müqaviləyə əsasən Rusiya 22 miliyard dollar dəyərində olan layihənin maliyyələşdirilməsini öz üzərində götürərək daha sonra elektrik stansiyanın istismarını həyata keçirəcək. Hər iki layihəyə sanksiyalar tədbiq oluna bilər. Bu barədə Rusiyanın iqtisadiyyat naziri Aleksey Ulukayev açıqlamasında bildirmişdi".

Ekspert deyib ki, üçüncüsü, turist axını ilə bağlıdır: "Türkiyənin qonaqpərvərlik industriyasına Rusiya vətəndaşlarının təsiri çoxdur. 2014-cü ildə 4.5 milyon rusiyalı bu ölkəyə turist kimi səfər edib. Türkiyə hökumətinin statistikası onu göstərir ki, ölkəyə gələn turistlərin 12% rusiyalılardır. Bu göstərici ilə almanlardan sonra Türkiyəyə səfərə gələn rusiyalılar ikinci yerdə qərarlaşıblar.Vladimir Putin rusiyalalıra Türkiyəyə səfər etməmək tövsiyyəsini etdi. Federal turizm agentliyi isə turizm şirkətlərinə bu istiqamətdə biletlərin satılmamasını məsləhət gördü. Misirdəki avialayner partlayışından sonra Türkiyənin turizm lideri olması haqqında bütün proznozlar illuziyaya çevrilməyə başladı.

Dördüncüsü, hər iki ölkənin dəstəyə ehtiyacları vardır. Rusiya və Türkiyə də iqtisadi böhranın ciddi fəsadlarını artıq hiss etməyə başlayıblar. Rusiya iqtisadiyyatı neftin qiymətlərinin düşməsindən və sanksiyalardan əziyyət çəkir. Beynəlxalq Valyuta Fondu Rusiya iqtisadiyyatının bu il 3.8% azalacağını proqnoz edir. Türkiyə də özünün sabit günlərini yaşamır. İyun ayındakı nəticəsiz seçkilərdən sonra aylarla davam edən siyası tupik Türkiyə iqtisadiyyatına təsirsiz ötüşmədi. Artım minimum səviyyəsinə enib. 2010 və 2011-ci illərlə müqayisədə iqdisadi artımın 2015-ci ildə yalnız 3.1% olması gözlənilir. ABŞ dolları ilə müqayisədə Türkiyə lirəsi dəyərini 20% itirib. Bu isə 125 milyard ABŞ dolları olan xarici borcun ödənilməsini daha da mürəkkəbləşdirir".

Bütün xəbərlər Facebook səhifəmizdə