“Şahdəniz” dən 302 milyon dollarlıq gəlir

“Şahdəniz” dən 302 milyon dollarlıq gəlir

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin on bir ayında "Şahdəniz" yatağının işlənməsi layihəsindən 302 milyon ABŞ dolları gəlir əldə edib. SİA-nın xəbərə görə, ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində bu ilin yanvar-noyabr aylarında ARDNF-ə 6 milyard 258 milyon dollar vəsait daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə