"Azərkosmos" ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin binası Azərbaycanda bu il ilk dəfə "Design Dialogue" təşkilatı tərəfindən keçirilən "Baku Interior Awards" ən yaxşı ofis və biznes-məkan layihəsi müsabiqəsinin mükafatına layiq görülüb. SİA-nın xəbərinə görə, Səhmdar Cəmiyyətdən bildirilib ki, "Nəriman Memarlıq" bürosunun yaratdığı layihə "Brend və imic" nominasiyası üzrə qalib seçilib.
Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, "Azərkosmos" 2017-ci ildə ikinci telekommunikasiya peyki "Azerspace-2"ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB