“Azəri-Çıraq-Günəşli” blokunda 24 mln. ton neft hasil olunub

“Azəri-Çıraq-Günəşli” blokunda 24 mln. ton neft hasil olunub

Yanvar-sentyabr aylarında "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundakı quyulardan hasilat gündəlik orta hesabla 640 min barrel, ümumilikdə isə 175 milyon barrel, yəni təqribən 24 milyon ton təşkil edib. SİA-nın xəbərinə görə, "bp-Azerbaijan" şirkətindən bildirilib ki, hesabat dövründə AÇG-də ümumilikdə 88 neft hasilatı quyusu, 42 qaz və su injektor quyusu istismarda olub. Doqquz ayda AÇG-də 13 neft hasilat quyusu və bir suvurma quyusu qazılıb.

Bu ilin doqquz ayında AÇG layihəsinə təqribən 570 milyon dollar əməliyyat məsrəfləri və 1,5 milyard dollar əsaslı məsrəflər xərclənib.

AÇG-də iştirak payları: bp (operator – 35,8 faiz), SOCAR (11,6 faiz), Şevron (11,3 faiz), İNPEKS (11 faiz), Statoyl (8,6 faiz), EksonMobil (8 faiz), TPAO (6,8 faiz), İTOÇU (4,3 faiz), ONGC Videş Limited (OVL) (2,7 faiz).

Bütün xəbərlər Facebook səhifəmizdə