Qazaxıstanın prezidenti Nursultan Nazarbayev ənənəvi olaraq, ildə bir dəfə xalqa etdiyi müraciətində bəyan edib ki, onun ölkəsi Ümumdünya Ticarət Təşkilatına (ÜTT) tamhüquqlu üzv olub. SİA "itar-tass"a istinadən xəbər verir ki, Nazarbayevin sözlərinə görə, Qazaxıstan prezidenti bu faktorun ölkəsinin tarixində yeni səhifə açdığını bildirib. Belə ki, Qazaxıstanın ÜTT-yə üzv olması üçün hazırlanmış protokola quruma daxil olan ölkələr tərəfindən cari ilin 27 iyulunda imza atılmışdı. Bunun ardınca isə həmin sənəd ölkənin parlamentində ratifikasiya olunmuşdu.
Qeyd edək ki, ölkənin adıçəkilən quruma üzv olması üçün danışıqlar prosesi 19 il davam edib. Qazaxıstanın ÜTT-yə daxil olması bir aydan sonra avtomatik olaraq qüvvəyə minəcək. Beləliklə, Qazaxıstan ÜTT-nin 162-ci üzvü olacaq.
Ümumdünya Ticarət Təşkilatı beynəlxalq qurum kimi üzv ölkələrin arasında ticarətin liberallaşdırılması və siyasi-iqtisadi məsələlərin həll olunması istiqamətində fəaliyyət göstərir. Qurum 1947-ci ilə qədər Tarif və Ticarət üzrə Əməkdaşlıq Təşkilatı adı altında fəaliyyət göstərib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB