Elmir Vəlizadə: "Rabitə xidmətlərində müxtəlif güzəşlər tətbiq olunur" AÇIQLAMA

Elmir Vəlizadə: "Rabitə xidmətlərində müxtəlif güzəşlər tətbiq olunur" AÇIQLAMA

"Noyabrın 6-da Azərbaycanda internet kəsintisi ilə bağlı baş verən hadisədən keçən müddət ərzində bütün lazımi işlər görülüb. Azərbaycanda hazırda stabil internet yayımı fəaliyyətdədir. Bir daha belə hadisənin baş verməməsi üçün tədbirlər görülüb. Aparılmış və aparılacaq işlər nəticəsində Azərbaycanda internet şəbəkəsinin dayanıqlığı, keyfiyyətli xidmətlərin göstərilməsi daha da yüksək səviyyəyə qalxacaq". Bu sözləri jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. O, baş verən hadisənin texniki problemdən qaynaqlandığını bildirib: "Araşdırmalar aparılıb və məlum olub ki, hadisə sırf texniki problemlə əlaqədar baş verib. İnternetin kəsilməsi hadisəsində hər hansı bir qəsd və ya təxribat aşkarlanmayıb".

Nazir müavini qeyd edib ki, noyabrın 20-dən dekabrın 20-dək "Yüksək rabitə xidmətləri" aylığı keçirilir. Onun sözlərinə görə, bu müddətdə vətəndaşlar indiyədək göstərilmiş xidmətləri daha səmərəli şərtlərlə əldə edə bilərlər: "Yüksək rabitə xidmətləri" aylığında rabitə xidmətlərində müxtəlif güzəşlər tətbiq olunur. Məsələn, əgər mənzilə 2 telefon çəkilişi həyata keçirilirsə, bunun biri ödənişsiz baş verir. Təşkilatlar isə 3 telefon xətti çəkdirdikdə biri pulsuz həyata keçirilir. Simsiz sabit rabitə texnologiyasının çəkilişi də tam şəkildə ödənişsiz həyata keçirilir. İnernet xidmətində 1 meqabitə müqaviləsi olan istifadəçilər müraciət edərsə, 1 meqabit də əlavə artırılır. Bu xidmət 2 meqabitə müqaviləsi olanlara da şamil edilir. İP TV çəkilişi də ödənişsizdir. Bundan əlavə, digər xidmət istifadəçiləri də müxtəlif güzəştlərdən yararlana bilərlər. Bu barədə potç şöbələri və yaxud bizim telekommuniyasiya qovşaqlarının abunə şöbələrindən ətraflı məlumatlar əldə edə bilərlər. Vətəndaşlarımız bu aydan səmərəli istifadə edib daha geniş şəkildə faydalana bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə