26 noyabr 2015–ci il tarixdə Azərbaycan Respublikasından Rusiya Fedarasiyasına aparılan kənd təsərrüfatı məhsullarının Dağıstan Respublikasının Dərbənd şəhərinin Dəmir yolu deposundan daşınması ilə bağlı yaranmış problemi aradan qaldırmaq məqsədi ilə İqtisadiyyat və Sənaye nazirinin müavini Sahib Məmmədov və Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev həmçinin İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları Dağıstan Respublikasında işgüzar səfərdə olublar. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər zamanı Azərbaycan nümayəndə heyəti Rusiya Fedarasiyası Dağıstan Respublikasının Baş naziri ilə görüşüb, yükdaşımalarda yaranmış problemlər müzakirə edilib.
Azərbaycan nümayəndə heyəti Dərbənd dəmir yolu deposunda saxlanılan yüklərə baxış keçirib.
Artıq Dərbənd dəmir yolu deposunda saxlanılan 180 vaqonun 120-sindən kənd təsərrüfatı məhsulları yükdaşıyan maşınlara yüklənərək Rusiya Fedarasiyasının müxtəlif bölgələrinə yola salınıb. Depoda qalan digər vaqonlardan yüklərin boşaldılması və daşınması intensiv olaraq davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB