SOCAR Aşqabadda keçirilmiş "Türkmənistanın nefti və qazı 2015" 20-ci Beynəlxalq sərgi-konfransda ayrıca pavilyonla təmsil olunub. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, konfransa Amerika, Avropa, Asiya, Yaxın Şərq və MDB-nin 50-yə yaxın ölkəsindən 600 nümayəndə və 80-dən artıq şirkət qatılıb. Sərgi-konfransın açılış mərasimində Türkmənistan Respublikası Baş nazirinin müavini Y.Kakayev və onu müşayət edən şəxslər SOCAR-ın pavilyonunda olmuş, onlara Azərbaycanın neft-qaz sənayesinin müxtəlif sahələrində əldə edilən uğurlar və nailiyyətlər barədə ətraflı məlumat verilib, SOCAR-ın imkanlarını əks etdirən eksponatlar nümayiş etdirilib. Y.Kakayev Azərbaycanın və SOCAR-ın uğurlarını maraqla izlədiklərini söyləmiş, xoş arzularını bildirib.
Sərgi müddətində SOCAR pavilyonunda nümayiş olunan eksponatlar, ziyarətçilərə təqdim edilən jurnal-bülleten və reklam xarakterli suvenirlər yerli və xarici qonaqlarda böyük maraq doğurub.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB