Bu gün günorta saatlarında "Bakı dairəvi-1" avtomobil yolunun 9-cu kilometrliyində baş vermişzəncirvarı avtomobil qəzası zamanı yol təsərrüfatına ziyan dəyib. "Azəryolservis" ASC-nin mətbuat katibliyindən SİA-ya verilən xəbərə görə, "Bakı dairəvi-1" avtomobil yolunun Lökbatan dairəsi istiqamətində hərəkətdə olan "DAEWOO" markalı 10 TB 307 dövlət nömrə nişanlı Bakı-Qazaxreysi üzrə sərnişin daşıyan avtobus yol ayrıcında olan əyri-xətli dəmir tirlərə dəyib.
İlkin ehtimallara görə, sərnişin avtobusunun sürücüsü ara məsafəsinin düzgün seçilməməsi səbəbindən qarşıda olan avtomobillərlə toqquşmanın qarşısını almaq üçün idarə etdiyi nəqliyyat vasitəsini əyri-xətli dəmir tirlərə çırpıb. Nəticədə isə 56 paqon-metr əyri-xətli dəmir tirlər və 1 ədəd yol nişanı sıradan çıxıb.
Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə 5800 manat ziyan dəyib. Nəqliyat Nazirliyi "Azəryolservis" ASC-nin əməkdaşları tərəfindən dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB