Sahibkarlardan layihələrin qəbuluna başlandı

Sahibkarlardan layihələrin qəbuluna başlandı

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2015-ci ilGoranboy rayonunun Goran qəsəbəsində işgüzar forum keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sahibkarlardan cins heyvandarlıq, intensiv bağçılıq, arıçılıq təsərrüfatlarının, meyvəqurutma, pendir, plastik qapı-pəncərə, gips əsaslı dekorativ üzlüklər, dam örtükləri və dəmir qapı istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə