SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində gördüyü məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinə "mavi yanacağ"ın verilişi bərpa edilir, yeni qaz xətləri çəkilir. Noyabrın 21-23-də Kürdəmir və Astara rayonlarının daha dörd kəndinə təbii qaz verilib. Dövlət Neft Şirkətindən (SOCAR) SİA-ya verilən xəbərə görə, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Kürdəmir rayonunda keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə 349 abonenti olan Ərşəli, Xəlsə və Axtaçı kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında təxminən 27,5 kilometr uzunluğunda polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Noyabrın 23-də Astara rayonunun Tüləküvan kəndinə ilk dəfə təbii qaz verilib. Bununla əlaqədar keçirilmiş tədbirdə vurğulanıb ki, 403 abonentlik kəndin qazlaşdırılması zamanı ümumi uzunluğu 41681 metr olan müxtəlif polietilen və metal borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB