"ADY" QSC-də Ukrayna səfiri ilə görüş keçirilib FOTOLAR

"ADY" QSC-də Ukrayna səfiri ilə görüş keçirilib FOTOLAR

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Ukrayna Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri Aleksandr Mişenko və "UKRFERRİ" gəmiçilik şirkətinin prezidenti Aleksandr Kurlyand ilə görüş keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

İkitərəfli görüşdə, həmçinin Ukrayna və Azərbaycan ölkələrinin əməkdaşlıq perspektivləri və Ukraynaya Azərbaycan üzərindən tranzit potensialının artırılması məsələləri müzakirə olunub.

Səfir Aleksandr Mişenko və "UKRFERRİ" gəmiçilik şirkətinin prezidenti Aleksandr Kurlyand çıxış edərək, "Azərbaycan Dəmir Yolları" QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldıqlarını bildiriblər.

Qeyd edək ki, görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə