Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov noyabr ayının 27-də Zaqatala rayonunda Şəki, Zaqatala, Oğuz, Balakən və Qax rayonlarının sakinləri ilə görüşəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Şəki Ərazi Kənd Təsərrüfatı İdarəsinə (055-781-55-88) və Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB