Caspian Europan Clubda biznes-forum keçirilib

Ramiz Həsənov: “Biz planlı yoxlamaları dayandırmışıq”
Caspian Europan Clubda biznes-forum keçirilib

Bu gün Caspian European Club-da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun iştirakı ilə biznes-forum keçirilib. SİA-nın məlumatına görə tədbirdə müxtəlif şirkətlərin nümayəndələri, sahibkarlar, xarici ölkə səfirliklərinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Ramiz Həsənov rəhbərlik etdiyi komitənin fəaliyyəti barədə forum iştirakçılarına məlumat verib. O, dövlət qurumları ilə özəl sektor arasında daha sıx əlaqələr yaratmaq məqsədilə Caspian European Club çərçivəsində belə görüşlərin keçirilməsinin vacibliyini qeyd edib.

Son vaxtlar sahibkarların əsassız səbəblərlə incidilməsi, lüzumsuz yoxlamaların aparılması ilə bağlı üzə çıxan neqativliklərlə bağlı komitə sədri bildirib ki, biz cənab Prezidentin sərəncamından sonra planlı yoxlamaları dayandırmışıq: "Amma nəzarət sisteminin yeni mexanizmləri üzərində iş gedir və yaxın vaxtlarda bunu hökumətə təqdim edəcəyik. Komitənin müvafiq srtukturları monitorinqi müəssisəyə daxil olmadan bazar şəraitində aparır".

Onun sözlərinə görə, dövlət standartlarının Avropa standartlarına uyğunlaşdırılması prosesi davam edir: "Bu il ərzində 150-yə qədər standart qəbul edilib. Standart fondumuzda 900 milli, 20 mindən çox isə beynəlxalq dövlətlərarası qəbul olunub".

Komitənin qarşısına qoyulan yeni və mühüm vəzifələrlə əlaqədar strukturda yeniliklər edilməsi ilə bağlı məsələyə toxunan Ramiz Həsənov deyib ki, yeni texniki komitələrin yaradılmasını nəzərdə tutmuşuq: "Tikinti sahəsində artıq belə komitə yaradılıb. Alternativ bərpa üzrə də texniki komitəni yaratmağı planlaşdırırıq".

Tofiq Rəfailoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə