Heydər Əsədov israilli şirkət rəhbəri ilə görüşüb

Heydər Əsədov israilli şirkət rəhbəri ilə görüşüb

Bu gün Kənd Təsərrüfatı naziri Heydər Əsədov İsrailin "BreedİT LTD" şirkətinin rəhbəri Odxed Sagee ilə görüşüb. Görüşün məqsədi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və "BreedİT LTD" şirkəti arasında Azərbaycanda toxum sənayesinin inkişaf etdirilməsi üzrə fəaliyyətlərin və perspektivlərin müzakirəsi olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qonağı səmimi salamlayan nazir Heydər Əsədov Azərbaycanda toxumçuluğun mövcud vəziyyəti və inkişaf perspektivlərinə dair ətraflı məlumat verərək bu sahədə İsrail dövlətinin təcrübəsindən istifadə olunmasını diqqət ə çatdırıb.

Əsas prioritet hesab olunan sahələr kartof, qarğıdalı və müxtəlif tərəvəz bitkilərinin toxumçuluğunun müasir texnologiyalar əsasında təşkilinin önəmli olduğunu nəzərə çatdırdı. İsrail təcrübəsindən ölkəmizdə istifadə olunması üçün ilk növbədə ehtiyacların müəyyənləşdirilməsi, əkin üçün torpaq sahələrinin seçilməsi və bu məqsədlə layihənin hazırlanmasını nəzərə çatdırdı və qısa zamanda həyata keçirilməsini məqsədəuyğun hesab edib.

İsrailin "BreedİT LTD" şirkətinin rəhbəri Odxed Sagee səmimi qəbula görə təşəkkürünü bildirərək Azərbaycanda müasir texnalogiyalar əsasında toxumçuluq şirkətlərinin yaranması üçün İsrail şirkətlərinin təcrübələrindən istifadə olunması üçün imkanların olduğunu qeyd etdi və rəhbərlik etdiyi şirkətin fəaliyyət istiqamətləri, o cümlədən perspektiv əməkdaşlıq əlaqələrinin qurulması barədə təkliflərini nəzərə çatdırdı.

Görüşdə Azərbaycan İsrail Ticarət Palatasının Sədri Aleks Kaplum iştirak edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə