195-2 Çağrı Mərkəzinə 1300-dən çox müraciət daxil olub

195-2 Çağrı Mərkəzinə 1300-dən çox müraciət daxil olub

Oktyabr ayında İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 1300-dən çox, bu ilin yanvar-oktyabr aylarında 10600-dən artıq müraciət daxil olub. İndiyədək isə 195-2 Çağrı Mərkəzinə 39600-ə yaxın müraciət edilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müraciətlər əsasən, sahibkarlığın inkişafı, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi və Nazirliyin səlahiyyətlərinə aid digər məsələlər barədə olub. Mərkəzə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılıb və müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, 195-2 Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün bütün telefonlardan heç bir koddan istifadə etmədən 195 nömrəsinə zəng edərək, "2" düyməsini yığmaqla Nazirliyin səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciət etmək olar. Stasionar nömrələrdən "195-2" nömrəsinə edilən zənglər, Çağrı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. Çağrı Mərkəzi canlı rejimdə, qanunvericiliklə nəzərdə tutulmuş rəsmi iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə