İqtisadçı: “İdxaldan çox ixracı artırmaq lazımdır” AÇIQLAMA

İqtisadçı: “İdxaldan çox ixracı artırmaq lazımdır” AÇIQLAMA

"Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının ABŞ bazarlarına nəql edilməsi ölkə iqtisadiyyatına müsbət təsir edəcək". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Əli Əlirzayev söyləyib.

İqtisadçı bildirib ki, neft ixrac etməkdənsə, xammal ixrac etmək daha yaxşıdır: "Azərbaycan kənd təsərrüfatı istehsalı ilə məşğul olan ölkədir. Kənd təsərrüfatı məhsullarının xarici bazara çıxarılması Azərbaycan iqtisadiyyatının inkişafının göstəricisidir. Bir ölkənin ki, xarici dövlətlərə ixracatı artır, o ölkənin də bazar iqtisadiyyatı genişlənir. Bazarın genişlənməsi də ixracatçının gəlirinin daha da artmasına səbəb olur. Kənd təsərrüfatı məhsullarının xarici bazara çıxarılması vacib və lazımlı məsələdir. Ölkə üçün ən uğurlu inkişaf idxaldan çox ixracat yönlü istehsalı artırmaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə