Oktyabr ayında "Elektron hökumət" portalı vasitəsi ilə IMEI kodu yoxlanılan mobil cihazların sayı sentyabr ayına nisbətdə 15,8 faiz artıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ötən ay "Mobil cihazların IMEI kodunun yoxlanılması" xidmətindən 55598 dəfə istifadə olunub.
Bu xidmət vasitəsi ilə mobil cihazların müvafiq standartlara uyğun olub-olmaması barədə məlumat əldə etmək mümkündür: "Mobil qurğunun standartlara uyğun olub-olmamasını "Elektron hökumət" portalına daxil olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin e-xidmətləri arasından "Mobil cihazların IMEI kodunun yoxlanılması" xidmətini seçməklə yoxlamaq olur. Bunun üçün, telefonun IMEI kodunu müvafiq xanaya daxil edib yoxla düyməsini seçmək kifayət edir".
Qeyd edək ki, bu xidmətdən istifadə zamanı portal autenfikasiya tələb etmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB