SOCAR dövlət büdcəsinə ödənilən vəsaitin məbləğini AÇIQLAYIB

SOCAR dövlət büdcəsinə ödənilən vəsaitin məbləğini AÇIQLAYIB

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin oktyabr ayında dövlət büdcəsinə 136,031 mln. manat vəsait ödəyib. Bu barədə SİA-ya SOCAR-ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu ilin yanvar-oktyabr aylarında büdcəyə ümumilikdə 1 271,276 mln. manat ödənilib. Bundan əlavə, cari ilin oktyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11,194 mln. manat vəsait köçürüb. Cari ilin yanvar-oktyabr aylarında isə şirkət tərəfindən Fonda ödəniş 115,417 mln. manat olub.

Bütün xəbərlər Facebook səhifəmizdə