"Yaxın bir ay ərzində dolların bahalaşacağı gözlənilir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O, neftlə qızıl arasındakı paralellikdən danışarkən bildirib ki, neft və qızıl arasındakı qiymət asılılığı tarixən mövcud olmuş faktdır: "Çünki neft qiymətinin ucuzlaşması zamanı investorlar öz yatırımlarını neftdən çıxarıb qızıla yatırmağa üstünlük verirlər. Çünki qızıl hər zaman güvənli liman rolunu oynayıb. Dünya iqtisadiyyatında gedən proseslərlə bağlı investorlar öz vəsaitlərini bəzi qiymətli kağızlardan çıxararaq qızıla yatırmağa çalışıblar. Tarixən neft ilə qızıl arasındakı əlaqə bundan ibarət olub. Amma son dövrdə bu asılılıq o qədər də nəzərə çarpmır. Əsas paralellik dolların məzənnəsi ilə əlaqədar olaraq dəyişir".
İqtisadçı bildirib ki, yaxın zamanlarda Federal Ehtiyat Sisteminin (FED) elan etdiyi kimi ABŞ-da faizlər qalxsa, bu dolların da bahalaşmasına səbəb olacaq: "Dollar bahalaşsa həm qızılın, həm də neftin qiyməti ucuzlaşacaq. Bu prosesin yaxın bir ayda reallaşma ehtimalı çox yüksəkdir. Çünki bütün diqqət sentyabr ayına yönəlmişdi. Lakin FED-in son açıqlamasına görə, dekabr ayının ortalarında FED toplantı keçirəcək və bu zaman faiz artımı ilə bağlı qərar qəbul ediləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB