Bazarda təklifin çoxluğu ilə əlaqədar neftin qiymətinin təxminən bir ildir davam edən ucuzlaşması prosesi daha iki il davam edə bilər. "CNBC" kanalına fikirlərini bölüşən analitiklər neftin qiymətinin ucuzlaşması prosesinin 2017-ci ilədək, neft bazarındakı təklif artımının isə həmin müddətdə davam edəcəyini bildiriblər.
Tanınmış maliyyə şirkətlərindən olan "Capital Economics"in iqtisadçısı Tomas Puq 2015-ci ilin sonlarında "Brent" markalı neftin bir barrelinin daha da ucuzlaşacağını deyib. Buna səbəb kimi isə təklifin çoxluğunu göstərib: "Bazarda bu il də təklif çoxdur. Təklif ilə tələbatın 2017-ci ildə bərabər olacağı proqnozlaşdırılır".
Qeyd edək ki, neftin qiyməti bu il daha çox dəyişkən olub. Ötən on ildə bir barrelinin qiyməti 90-100 dollar olan "Brent" bu il 45 dollaradək geriləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB