9 ayda yaradılan statistik vahidlər

2015-ci ilin yanvar-sentyabr aylarında ölkədə 4566 hüquqi şəxs (onların nümayəndəlik və filialları) qeydiyyatdan keçib. Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yeni hüquqi şəxslərin (onların nümayəndəlik və filiallarının) 53,4 faizi Bakıda, hər birində 11,9 faiz olmaqla, Lənkəran və Aran iqtisadi rayonlarında, 8,0 faizi Abşeron, 5,6 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.
Bundan əlavə, 2015-ci ilin yanvar-sentyabr aylarında ölkənin vergi orqanlarında 52979 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Abşeron, Lənkəran, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.

Qeyd edək ki, statistik vahid dedikdə müşahidələrin aparılması, məlumatların toplanması və təhlili üçün müəyyənləşdirilmiş hüquqi şəxslər (onların nümayəndəlikləri və filialları) və fiziki şəxslər başa düşülür.

Bütün xəbərlər Facebook səhifəmizdə